Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI

ABŞ-nin "Colossal Biosciences" biotexnoloji müəssisəsi sağlam quş balalarının dünyaya gəlməsinə şərait yaradan süni yumurtaların uğurla hazırlandığını bəyan edib.

Bizim.Media xəbər verir ki, şirkət bununla bağlı rəsmi bəyanat yayıb.

Qeyd olunur ki, sözügedən innovasiya sayəsində Texasdakı təsərrüfatların birində artıq 30-dan çox quş böyüdülüb.

Bu unikal "inkubasiya platforması"nın ərsəyə gəlməsi təqribən iki il vaxt aparıb. Yaradılmış sistem embrionun inkişaf prosesini təbii bioloji mühitdən kənarda simulyasiya edir ki, bu da heyvandarlıq və quşçuluq sahəsində köklü dəyişikliklərə səbəb ola bilər.
 

Şirkətin həmtəsisçisi və Baş direktoru Ben Lamm bildirib ki, bu metod daha böyük bir hədəfə - nəsli kəsilmiş canlıların yenidən bərpa olunmasına doğru atılmış mühüm addımdır.


Məlumata görə, "Colossal Biosciences" hazırda təqribən 600 il əvvəl Yeni Zelandiyada kökü kəsilmiş, uçma qabiliyyəti olmayan nəhəng moa quşlarının "dirildilməsi" layihəsini həyata keçirir.

B.Lammın sözlərinə əsasən, moa yumurtasının ölçüsü adi toyuq yumurtasından 80 dəfəyə qədər böyükdür. Bu səbəbdən standart surroqat inkubasiya metodlarından istifadə etmək qeyri-mümkündür. Məhz buna görə də mütəxəssislər süni inkubator mühitinin yaradılmasına xüsusi önəm verirlər.

Şirkət qlobal miqyasda həm də genetik cəhətdən dəyişdirilmiş heyvan modelləri üzərində araşdırmalar aparır.

Bunların sırasına qədim yunlu mamontun bioloji xüsusiyyətlərini bərpa etmək məqsədi daşıyan "yunlu siçan" adlı sınaq layihəsi də daxildir.

B.Lamm əlavə edib ki, bu texnologiyanın təməlində "ekzogen inkişaf" konsepsiyası, yəni rüşeymin tam şəkildə ana orqanizmindən kənarda formalaşması üçün lazımi şəraitin təmin edilməsi dayanır. Onun fikrincə, bu innovativ yanaşma yalnız nəsli kəsilmiş heyvanların bərpası üçün deyil, həmçinin hazırda yox olmaq təhlükəsi ilə üzləşən mövcud növlərin qorunması məqsədilə də mühüm alətə çevrilə bilər. (redaktor.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO