Papa XIV Leo Anqolanın Saurimo şəhərində keçirilən ayin zamanı bəyan edib ki, istənilən zülm, zorakılıq, istismar və korrupsiya Məsihin dirilməsini və azadlıq hədiyyəsini inkar edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Angop” agentliyi xəbər dərc edib.
Lunda Surda kilsə icmasının üzvlərinə moizə oxuyan Papa bütün formalarda zülmə qarşı çıxıb.
"Biz cismani və ya ruhani cəhətdən korrupsiyanın köləsi olmaq üçün doğulmamışıq. Hər hansı bir zülm, zorakılıq, istismar və ya korrupsiya azadlığımızın ən yüksək hədiyyəsi olan Məsihin dirilməsini tanımır", - deyə o vurğulayıb.
Saurimoda Papa həmçinin qocalar evinə baş çəkib.
Qeyd edək ki, XIV Leonun apostol səfəri 13 apreldə Əlcəzairdə başlayıb, Kamerunda davam edib və hazırda Papanın yerləşdiyi Anqoladan sonra 21 apreldə Ekvatorial Qvineyada başa çatacaq.
Bizim.Media