“İran ABŞ ilə danışıqların növbəti mərhələsində iştirak etməklə bağlı qərar qəbul etməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bu gün keçirilən brifinqdə bildirib:
"Növbəti danışıqlar üçün konkret plan yoxdur və hələlik heç bir qərar qəbul edilməyib".
Qeyd edək ki, bu gün bir sıra Qərb KİV-ləri Hörmüz boğazında yaşanan son qarşıdurmaya baxmayaraq, İran nümayəndə heyətinin ABŞ-la danışıqların ikinci raundunda iştirak edəcəyi ilə bağlı xəbərlər yayıb.
Bizim.Media