Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İrana nüvə silahı hazırlamaq imkanından imtina etməsi müqabilində “qlobal iqtisadiyyata qoşulmaq” imkanı təklif edib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Vens bildirib.

Onun sözlərinə görə, ABŞ danışıqları davam etdirmək niyyətindədir və İran tərəfi də razılaşma əldə etmək istəyir. Vens vurğulayıb ki, İslamabadda böyük irəliləyiş əldə olunub. O, həmçinin qeyd edib ki, İran parlamentinin sədri Qalibaf mahiyyət etibarilə İrana rəhbərlik edir.
 

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının blokadasını keçməyə çalışan 8 tankeri ələ keçirib. Bu barədə The Wall Street Journal Amerika administrasiyasındakı vəzifəli şəxsə istinadən yazıb.


Məlumata görə, İranın dəniz blokadasında 15 hərbi gəmi və bir neçə min hərbçi iştirak edir. Daha əvvəl CENTCOM bildirmişdi ki, ilk 24 saat ərzində heç bir gəmi blokadanı yara bilməyib. Bununla yanaşı, 6 ticarət gəmisi ABŞ qüvvələrinin geri dönərək İran limanlarına qayıtmaq tələbini yerinə yetirib.

Avropa ABŞ-sız NATO-nun fəaliyyət planı üzərində işləyir. Bu barədə The Wall Street Journal yazıb.

Bildirilir ki, rəsmilər “Avropa NATO-su”nun yaradılması istiqamətində çalışır, alyansda rəhbər vəzifələrə daha çox avropalının gətirilməsinə və Amerika hərbi texnikasının Avropa istehsalı ilə əvəzlənməsinə cəhd göstərirlər. Bu cür planların hazırlanmasına 2025-ci ildə başlanılıb və Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək hədələrindən sonra proses sürətlənib.
 

Bundan əlavə, Avropa ABŞ-dan geri qaldığı silah növlərinin - o cümlədən sualtı qayıqlara qarşı vasitələrin, kosmik kəşfiyyat və müşahidə sistemlərinin, eləcə də havada yanacaq doldurma sistemlərinin istehsalını artırmaq niyyətindədir.


Rusiya İrandakı Buşəhr AES əməkdaşlarının təxliyəsini başa çatdırıb. Bunu Rusiyanın İsfahandakı baş konsulu Jiltsov bildirib.

Ümumilikdə 632 nəfər təxliyə olunub. Onların arasında Ukrayna, Qazaxıstan, Özbəkistan, Ermənistan, Tacikistan və Belarus vətəndaşları da var. Konsulun sözlərinə görə, Moskva İran atom elektrik stansiyasının tikintisini davam etdirmək niyyətindədir.

Avropa ABŞ-sız Hörmüz boğazına nəzarət planı hazırlayır. Bu barədə The Wall Street Journal yazıb.

Nəşr Avropa planının 3 əsas məqsədini qeyd edir: boğazdan keçən logistika marşrutlarının bərpası, minalardan təmizləmə əməliyyatının aparılması və kommersiya gəmilərinin hərbi gəmilərlə müşayiətinin təmin edilməsi.
 

Bildirilir ki, daha əvvəl Yaxın Şərqdə hərbi iştiraka şübhə ilə yanaşan Almaniya da, çox güman ki, bu proqramda iştirak edəcək. Bununla belə, Avropa ölkələri arasında ABŞ-ın bu planda iştirakı ilə bağlı fikir ayrılığı var.


Fransa diplomatları hesab edirlər ki, Vaşinqtonun bu təşəbbüsə cəlb olunması onu İran üçün qəbuledilməz edəcək. Britaniya rəsmiləri isə düşünürlər ki, ABŞ-ın kənarda saxlanılması Trampın qəzəbinə səbəb olacaq və əməliyyatın miqyasının azalması ilə nəticələnəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

End of content

No more pages to load

RADİO