Obamanın təyin etdiyi hakim Trampın 10 milyardlıq iddiasını RƏDD ETDİ

Florida ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın The Wall Street Journal qəzetinin naşirlərinə qarşı qaldırdığı 10 milyard dollarlıq şərəf və ləyaqətin müdafiəsi iddiasını rədd edib.

Bizim.Media xəbər verir ki, məlumata görə, iddia WSJ-nin 2025-ci ilin iyulunda dərc etdiyi yazı ilə bağlı olub.

Həmin materialda Trampın vaxtilə seksual cinayətlərə görə məhkum olunmuş, hazırda isə dünyasını dəyişmiş amerikalı maliyyəçi Ceffri Epşteynə guya hədiyyə etdiyi açıqcadan bəhs edilirdi.
 

Qeyd olunur ki, 2025-ci ilin sentyabrında həmin açıqcanın fotosu ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri tərəfindən yayımlanıb. Açıqcada çılpaq qadın bədəninin sxematik silueti təsvir olunub, onun üzərində isə “Ceffri” və “Donald” arasında dialoq çap edilib.


WSJ-nin məqaləsində Trampın bu açıqcanı Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəməyə verməklə hədələdiyi də vurğulanıb.

Hakimin sözlərinə görə, böhtan faktını sübut etmək üçün Donald Tramp nəşrin və jurnalistlərin “pis niyyətlə” hərəkət etdiyini, yəni qəsdən yalan məlumat yaydığını və ya həqiqətə qarşı kobud laqeydlik göstərdiyini ortaya qoymalı idi.

Məhkəmə qərarında bildirilir ki, Tramp jurnalistlərin qərəzli davrandığını və məktubun saxta olması ilə bağlı onun iddiasını yoxlamaqdan şüurlu şəkildə yayındığını sübut edə bilməyib.

Hakim həmçinin qeyd edib ki, material hazırlanarkən jurnalistlər Trampın özündən, ABŞ Ədliyyə Nazirliyinin rəsmilərindən, eləcə də Federal Təhqiqat Bürosundan münasibət öyrənməyə çalışıblar.

“Bir sözlə, iddia ərizəsi və məqalə cavabdehlərin araşdırma aparmağa çalışdığını təsdiqləyir”, - deyə Florida dairə məhkəməsinin hakimi Dərrin Geyls bildirib.

Məlumata görə, Dərrin Geyls bu vəzifəyə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən təyin olunub.

Hakim əlavə edib ki, Tramp aprelin 27-dək iddiasına düzəliş edərək yenidən məhkəməyə müraciət edə bilər.

Trampın hüquq komandası isə prezidentin The Wall Street Journal və digər cavabdehlərə qarşı “güclü iddia” qaldıracağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

End of content

No more pages to load

RADİO