Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və kiberdələduzluq halları kəskin artıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların pul vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş istifadə edirlər.
 
Bildirilib ki, geniş yayılan üsullardan biri sosial şəbəkələrdə vətəndaşların dost və ya qohumlarının adından saxta profillərin yaradılmasıdır.

Dələduzlar həmin şəxslərin foto və adlarından istifadə edərək “xəstəxanadayam”, “təcili pul lazımdır” və digər bəhanələrlə pul köçürülməsini istəyirlər.
 

"Digər üsul isə psixoloji təzyiq yolu ilə həyata keçirilən telefon zəngləridir. Dələduzlar özlərini bank və ya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək vətəndaşlara adlarına qanunsuz kredit götürüldüyünü, kartlarından terrorçulara pul köçürüldüyünü və ya digər problemlərin yarandığını bildirirlər. Daha sonra problemin “həlli” adı altında kart məlumatları, SMS-lə göndərilən təsdiq kodları və ya pul tələb olunur.


Belə hallarda xüsusilə nisbətən məlumatsız və yaşlı şəxslər hədəf seçilə bilər. Bəzi hallarda əvvəlcə tanış şəxsin adından saxta mesaj göndərilir, daha sonra isə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs vətəndaşla əlaqə saxlayır. Zərərçəkənlər hətta “kreditlərin silinməsi” bəhanəsi ilə yeni kredit götürərək həmin vəsaiti dələduzlara göndərməyə sövq edilirlər.

Kiberdələduzların istifadə etdiyi digər üsul saxta investisiya və yüksək qazanc vədləridir. Sosial şəbəkələrdə “10 manat yatır, 1 saata 200 manat qazan” kimi elanlar yerləşdirilir. İlkin mərhələdə sistemdə saxta qazanc göstərilərək vətəndaş daha böyük məbləğ yatırmağa həvəsləndirilir, son nəticədə isə bütün vəsait mənimsənilir.

Fişinq hücumları zamanı isə məşhur elan və poçt xidmətlərinin rəsmi saytlarına bənzədilən saxta səhifələrdən istifadə olunur.

Vətəndaşa məhsulunun satıldığı və pulu əldə etmək üçün göndərilən keçidə daxil olmasının lazım olduğu bildirilir. Kart məlumatları və şifrələr saxta səhifəyə daxil edildikdən sonra hesabdakı vəsait oğurlana bilər.

Dələduzlar həmçinin uydurma cərimə, kommunal borc və ya vergi bildirişlərindən istifadə edirlər. Vətəndaşa borcu və ya cəriməni dərhal ödəmədiyi halda avtomobilinin duracağa aparılacağı və yaxud məhkəməyə veriləcəyi barədə mesaj göndərilir və saxta ödəniş keçidinə yönləndirilir", - məlumatda qeyd olunub.
 

DİN vətəndaşları belə hallarda diqqətli olmağa çağırıb. Tanış və ya yaxın şəxsin adından təcili pul istənildikdə həmin şəxslə birbaşa əlaqə saxlayaraq müraciətin həqiqiliyini yoxlamaq tövsiyə edilir.


Nazirlik xatırladıb ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və SMS-lə göndərilən təsdiq kodunu tələb etmirlər.

Həmçinin tanımadıqları şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə daxil olmamaq, xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə etmək tövsiyə olunub.

“Adınıza kredit götürülüb”, “hesabınızdan pul çıxarılır” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər zamanı isə əlaqəni dərhal kəsmək, zəng edən şəxsin təmsil etdiyini bildirdiyi qurumun rəsmi nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq məsləhət görülüb. DİN vətəndaşları rəqəmsal mühitdə ayıq-sayıq olmağa, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssas yanaşmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

End of content

No more pages to load

RADİO