Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

ABŞ-da bəzi investorların İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı mərclər etdiyi iddia olunur. Məlumata görə, mərclərin ümumi həcmi 54 milyon dollar təşkil edib, lakin sonradan bu əməliyyatlar dayandırılıb.

Bizim.Media xəbər verir ki, mərclər “Kalshi” adlı proqnozlaşdırma bazarı platformasında yerləşdirilib.

Bildirilir ki, investorlar Xameneinin 1 aprel tarixinə qədər liderlikdən gedəcəyi ehtimalına pul qoyublar.

İddialara əsasən, adının açıqlanmasını istəməyən bir investor Xameneinin 1 aprelə qədər liderlikdən getməsi ilə bağlı 3460 dollar dəyərində iki mərc edib və nəticədə 63 min dollardan çox qazanc əldə edib.
 

Məlumata görə, daha sonra platformada Xamenei ilə bağlı bütün əməliyyatlar dayandırılıb. Buna səbəb kimi mərclərin “birbaşa bir insanın ölümü ilə əlaqəli olması” göstərilib və ümumilikdə 54 milyon dollarlıq mərc dondurulub.


Məsələ ABŞ-da da müzakirələrə səbəb olub. Senator Kris Merfi bu cür mərcləri sərt tənqid edib:

“Bu, Amerika kommersiya əxlaqsızlığının zirvəsidir. İnsanlar başqalarının ölümünə mərc edilməsini normal qəbul etməməlidirlər”.

“The Washington Post” qəzeti isə yazıb ki, bu hadisə real həyat hadisələri üzərindən qurulan qumar bazarlarının sürətlə genişlənməsini və bunun yaratdığı etik problemləri bir daha gündəmə gətirib.

Qeyd olunur ki, oxşar hallar əvvəllər də baş verib. “Bubblemaps” analitika şirkəti ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın məsləhət şurasında yer aldığı “Polymarket” proqnoz bazarında bəzi şəxslərin ABŞ-nin 28 fevralda İrana zərbə endirəcəyi ilə bağlı mərclərdən 1,2 milyon dollar qazandığını açıqlamışdı.
 

Həmçinin Pentaqonun kibersiyasət bölməsində çalışan bir məmurun Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mərcdən 400 min dollar qazandığı da bildirilmişdi.


Qeyd edək ki, “Kalshi”nin açıqlamasına görə, Xameneinin ölümünə pul qoyan müştərilər 54 milyon dollarlıq mərcdən heç birini qazana bilməyəcəklər. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Hərbi biletlə bağlı qərar:Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Hərbi biletlə bağlı qərar:Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

İsmayıllıda ağır QƏZA: Ölənlər var

İsmayıllıda ağır QƏZA: Ölənlər var

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

End of content

No more pages to load

RADİO