ABŞ-da azərbaycanlı tələbə saxlanıldı: Mamdani Trampla danışıb sərbəst buraxdırdı – FOTO

ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) agentləri Kolumbiya Universitetinin tələbəsi Elmina “Elli” Ağayevanı digər 3 tələbə ilə birlikdə kampusun yaşayış binasında saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan əsilli tələbə instaqram hesabında paylaşım edib.

“Daxili Təhlükəsizlik Departamenti (DHS) məni qanunsuz saxlayıb. Xahiş edirəm, kömək edin!”, - paylaşımda deyilir.

Federal agentlərin məhkəmə qərarı olmadan kampusun ictimai olmayan ərazisinə daxil olaraq onu saxladıqları bildirilir. Bu, kampus ərazisində tələbə etirazlarına səbəb olub. Yüzlərlə tələbə yaşayış binasının qarşısında toplaşaraq Ağayevanın azad edilməsini və tələbə hüquqlarına riayət olunmasını tələb ediblər.

Universitetin məlumatına görə, E.Ağayeva artıq sərbəst buraxılıb və yataqxanaya qayıdıb. Elmina Ağayeva özü də bununla bağlı paylaşım edərək hər şeyin qaydasında olduğunu bildirib. O baş verənlərdən şok keçirdiyini və özünə gəlmək üçün bir qədər vaxta ehtiyac duyduğunu qeyd edib.

Onun azad edilməsində Nyu-York şəhərinin meri Zohran Mamdani də rol oynayıb. Belə ki, o, vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etdikdən sonra tələbənin dərhal azad olunacağını bildirib:

“Prezident Trampla telefon danışığını indicə bitirdim. Əvvəlki görüşümüzdə mən bu gün səhər ICE agentləri tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayeva ilə bağlı narahatlığımı bildirmişdim. O mənə indilərdə məlumat verdi ki, tələbə yaxın zamanda sərbəst buraxılacaq”.
 

DHS-in rəsmi nümayəndəsinin məlumatına görə, tələbənin vizası hələ 2016-cı ildə “dərslərdə davamlı iştirak etmədiyinə görə” ləğv edilib.


Qeyd edək ki, sosial şəbəkələrdə kontent yaradıcısı kimi tanınan E.Ağayeva gündəlik həyat videoları və immiqrant kimi kollecdə təhsil almaqla bağlı məsləhətlər paylaşaraq geniş izləyici kütləsi toplayıb. O, Kolumbiya Universitetində Neyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Pirşağıda güclü yanğın - VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

End of content

No more pages to load

RADİO