Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin inkişafının yeni mərhələsində gənc məmurların rolunu artırmağa çağıraraq, özü haqqında “çətin qərar” qəbul etdiyini söyləyib.
Bizim.Media xəbər verir ki, Türkmənistan prezidenti hələ bu barədə detalları açıqlamayıb.
“Mən mənəviyyat mühitində və günün yüksək tələblərinə uyğun olaraq yetişən gənc liderlərin dövlət idarəçiliyində iştirak etmək imkanına malik olması ideyasını dəstəkləyirəm”, - deyə prezident, deputatlara bildirib.
Mia Quliyeva, Bizim.Media