ABŞ prezidenti müttəfiqlərinə Rusiyanın Ukraynaya hücumunun 16 fevralda gerçəkləşə biləcəyi haqda xəbərdarlıq edib.
Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Böyük Britaniya, Almaniya, Kanada, Polşa, Rumıniya və Fransa başçılarının, eləcə də ŞAMT (NATO) baş katibi və Avropa Kommisiyasının prezidenti ilə görüşdə danışıb.
Ağ Evin Milli Təhlükəsizlik işləri üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Rusiya işğala hər an başlaya bilər.
Mia Quliyeva, Bizim.Media