İŞİD məhbusları Suriyadan İraqa APARILDI

İŞİD terror təşkilatından olan məhbusların Suriyadan İraqa köçürülməsi əməliyyatı uğurla başa çatıb. Onlar İraqdan vətəndaşı olduqları ölkələrə qaytarılacaqlar.

Bizim.Media  xəbər verir ki, bunu İraqın Milli Təhlükəsizlik Müşavirliyinin strateji məsələlər üzrə müşaviri Səid əl-Ciyaşi İraq xəbər agentliyinə açıqlamasında deyib.

O əlavə edib ki, İŞİD məhbuslarının köçürülməsi milli təhlükəsizliyin tələbi ilə həyata keçirilib.

“Suriyada istisna hallar oldu, bəzi həbsxanaların təhlükəsizliyi sahəsində pozuntular baş verdi. Bəzilərinin qapıları açıldı və məhbuslar qaçdı. Buna görə də rəsmi elan olunan sayda məhbus İraqa köçürülərək güclü mühafizə olunan həbsxanalara yerləşdirildi”, - deyə müşavir bildirib.
 

İraq rəsmisi vurğulayıb ki, bütün təhlükəsizlik qurumlarının iştirakı və Ali Məhkəmə Şurasının nəzarəti ilə lazımi təhlükəsizlik tədbirləri görülüb. Köçürmə əməliyyatı Terrorla Mübarizə Xidmətinin rəhbərliyi altında həyata keçirilib və proses uğurla tamamlanıb, heç bir səhv qeydə alınmayıb.


Səid əl-Ciyaşi qeyd edib ki, Milli Təhlükəsizlik Müşavirliyi son beş ildə Suriyadakı həbsxanaların İraqın təhlükəsizliyinə təhdid yaratdığı barədə xəbərdarlıq edirdi. İndi İŞİD məhbuslarının İraqda təhlükəsizlik qurumlarının və məhkəmə sisteminin nəzarəti altında saxlanılması gələcəkdə hansısa toqquşmanın baş verməsinə gətirib çıxara biləcək açıq, nəzarətsiz mühitdə qalmalarından daha məqsədəuyğundur.

Vurğulanıb ki, məhbusların İraqda qalması daimi deyil və hökumət onların vətəndaşı olduqları ölkələrə qaytarılması üzərində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

End of content

No more pages to load

RADİO