Cənubi Koreya öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Ukraynada olan vətəndaşlara təcili olaraq başqa təhlükəsiz yerə getmələrini bildirib.
“Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar fevralın 13-dən ölkənin bütün ərazisinə səyahət qadağası ilə bağlı dördüncü dərəcəli xəbərdarlığın tətbiqi qərara alınıb”, - XİN-nin məlumatında deyilir.
Bizim.Media