“Mən 2 doza Sinovac və 3 doza Biontech peyvəndilə vaksin olunmuşam. Peyvəndlərin təsirindən xəstəliyi yüngül formada keçirdim".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, virusa yoluxduqdan 4-5 gün sonra koronavirus testinin nəticəsi neqativ olub və o artıq sağalıb. Ərdoğan, həmçinin bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə səfərinin planlaşdırıldığını söyləyib.
Bizim.Media