Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyaya rəsmi səfər edib.
Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, britaniyalı nazirin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparacaq.
"Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Moskvaya rəsmi səfərə gəlib, burada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparacaq, həmçinin Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaq", - məlumatda deyilir.
Bizim.Media