Amerikalı kosmonavt Mark Vande Hei 9 aprel 2021-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyada çalışır.
Bizim.Media xəbər verir ki, sentyabr ayında iş müddəti uzadılan kosmonavt 30 martda Yerə qayıdarsa, kosmosda fasiləsiz 355 gün keçirmiş olacaq və rekorda imza atacaq.
Qeyd edək ki, NASA rekordu 340 gün olmaqla Skot Kelliyə, dünya rekordu isə 437 gün kosmosda qalmış Valeri Polyakova məxsusdur.
Mia Quliyeva, Bizim.Media