Amerikalı məşhur müğənni Billi Ayliş ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşlə bağlı fotoları Co Bayden özünün instaqram hesabından paylaşıb.
Belə ki, “Happier Than Ever” dünya turu çərçivəsində Vaşinqtona gələn müğənni Ağ Evə dəvət olunub. Billi Aylişlə yanaşı, müğənninin ailə üzvləri də ziyarətə qatılıblar.
Qeyd edək ki, Billi Ayliş ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkilərində Co Baydenə dəstəyini nümayiş etdirmişdi.
Bizim.Media