Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Planetimiz hələ də davam edən Ukrayna müharibəsilə yanaşı, Rusiya ilə ABŞ arasında yeni nüvə silahlanması yarışının da astanasındadır.

Tarixi anlaşmanın sonu

Belə ki, Strateji Hücum Silahları haqqında Vaşinqtonla Moskva arasında bağlanan müqavilənin qüvvədə olma müddəti fevralın 5-də gün başa çatıb.
 

Qeyd edək ki, həmin müqavilə son dəfə 2010-cu ilin aprelin 8-də Rusiya və ABŞ-ın o zamanki prezidentləri, Dmitri Medvedevlə Barak Obama tərəfindən imzalanıb və 5 fevral 2011-ci ildə qüvvəyə minib. Müqaviləyə əsasən, ABŞ və Rusiya arsenalını 1550 strateji nüvə başlığı və 700 uzunmənzilli çatdırılma sistemi ilə məhdudlaşdırmalı idi.


2022-ci il avqustunda Kreml ABŞ-ın Ukraynaya dəstəyini bəhanə gətirməklə özünün hərbi nüvə obyektlərində inspeksiya səfərlərinin keçirilməsi ilə bağlı müraciətini rədd etdi. 2023-cü il fevralın 28-də Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahları haqqında müqavilənin qüvvəsinin 2026-cı il fevralın 5-dən dayandırılması barədə fərman imzalayıb. Keçən ilin sentyabrında Putin "New START" müqaviləsi üzrə yerləşdirilmiş raketlərin məhdudiyyətini daha bir il uzatmağı təklif edib. Lakin ABŞ-dan rəsmi cavab alınmayıb.

Bu ilin yanvarında isə Prezident Donald Tramp müqavilənin müddətinin bitməsi ilə bağlı suala "Əgər bitirsə, bitir. Biz daha yaxşı razılaşma edəcəyik", - deyə cavab verib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, yeni START-in müddəti bitdikdən sonra tərəflər artıq müqavilənin öhdəlikləri ilə bağlı deyillər və növbəti addımlarını müstəqil şəkildə müəyyən etmək hüququna malikdirlər.

Moskvanın fikrincə, ABŞ Rusiyanın Yeni START məhdudiyyətlərinə riayət etmək təşəbbüsünü qəsdən görməzdən gəlib.

Rusiya XİN-i Moskvanın strateji hücum silahları ilə bağlı gələcək siyasətinin ABŞ-ın hərəkətləri və ümumi hərbi-siyasi vəziyyətin hərtərəfli təhlilinə əsaslanacağını bildirib.

Strateji Hücum Silahları ətrafında yaşanan bu vəziyyət dünyanın daha dağıdıcı mərhələyə qədəm qoyduğuna işarə sayıla bilər.

Hətta bu durumda nüvə silahına malik ölkələrin sayı da arta bilər.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kiminsə dünyanın sonu üçün çalışmağa başlayacağını düşünmədiyini deyib:

“Güman ki, həmin sazişi hansısa dövrdə yenidən bərpa etmək olar. Bu proses də əsasən Rusiyanın gələcəyi, hansı yolu seçməsilə bağlıdır.Ukrayna müharibəsi uzansa, sözügedən istiqamətdə təhlükələr də təbii olaraq artacaq”.

Dünya daha böyük təhlükə ilə üz-üzə

Politoloq Qabil Hüseynli isə bildirib ki, fevralın 5-dən sonra bəşəriyyət çox təhlükəli bir mərhələyə qədəm qoyacaq:

“Rusiya iddia edirdi ki, ABŞ xəlvəti olaraq Strateji Hücum Silahlarının sayını artırır. Bu fonda həm Rusiya, həm də ABŞ-ın tutduğu mövqe o qədər də xoşa gələn mövqe deyil. Tərəflərin bu cür yanaşması nüvə təhlükəsini aradan qaldırmağa imkan vermir. Ukrayna müharibəsi nəticəsində dünya qarışıb. İndi də Vaşinqtonla Moskvanın tutduğu mövqeləri nəticəsində iki super nüvə dövləti arasında Strateji Hücum Silahları haqqında müqavilənin müddətini uzatmaq mümkünsüz hala gəlib. Yaranmış vəziyyət isə dünyanı daha böyük təhlükə ilə üz-üzə qoyacaq”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

End of content

No more pages to load

RADİO