Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi

Milyarder İlon Maskın transgender qızı Vivyen Uilson atasının Ceffri Epşteynin qalmaqallı adasına getdiyi ilə bağlı iddialara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Vivyen etiraf edib ki, sənədlərdə göstərilən tarixlərdə Mask ailəsi ilə Epşteynin Litl-Sent-Ceyms adasının yaxınlığında istirahətdə olub. Onun sözlərinə görə, bu fakt elektron şikayət məktublarının həqiqi ola biləcəyini göstərir.

"Sənədlərdə göstərilən vaxtda bizim Sen-Bar adasında olduğumuzu təsdiqləyə bilərəm. Buna görə də bu barədə yayılan xəbərləri real hesab edirəm. Atamın bunu kontekstdən çıxarılıb deməsi də faktı təsdiqləyir" deyə Vivyen yazıb.

21 yaşlı Vivyen əlavə edib ki, əvvəllər atasının Epşteynlə yazışmalarından və ya əlaqələrindən xəbərsiz olub. O qeyd edib ki, yeni təsdiqlənən məlumatlar ortaya çıxarsa, bunu açıq şəkildə paylaşmağa hazırdır.

Xatırladaq ki, daha əvvəl Epşteyn işi üzrə sənədlərdə 2014-cü il dekabrın 6-da İlon Maskın onun adasında olduğu iddia edilmişdi. Mask isə "X" sosial şəbəkəsində Epşteynlə ünsiyyəti olduğunu, lakin onun adaya dəvətlərini qəbul etmədiyini bildirib. O, bu iddiaların adını ləkələmək məqsədi daşıdığını deyib.

Mask vurğulayıb ki, Epşteynlə yazışmaları az olub və onun şəxsi təyyarəsi “Lolita Ekspress”lə uçmaqdan dəfələrlə imtina edib.

Qeyd edək ki, bir neçə il əvvəl milyarder Ceffri Epşteyn bir çox cinsi cinayətlərdə, o cümlədən azyaşlılarla bağlı zorakılıqda ittiham olunub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.

Vivyen Uilson (keçmiş adı Ksavyer Aleksandr Mask) İlon Mask və yazıçı Castin Uilsonun nikahından doğulub. Cütlük 2008-ci ildə boşanıb. Dörd il əvvəl anasının razılığı ilə Vivyen cinsiyyətini dəyişib. İlon Mask bu qərara qarşı çıxıb və övladı ilə əlaqəsini kəsdiyini açıqlayıb. Maskın ötən il 14-cü övladı dünyaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

End of content

No more pages to load

RADİO