Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada yaşayan Orxan Atabəy sosial şəbəkə hesabında çox maraqlı bir məsələ haqda məlumat yayıb.

Bizim.Media xəbər verir ki, o, hazırda yaşadığı şəhərdə avtoyuma məntəqəsinin olmamasından istifadə etmək istəyib.

“Qaldığım şəhərdə avtoyuma yoxdur.

Millət 10 km yol qət edib, qonşu şəhərə gedir-gəlir. Beynimdə dərhal azərbaycansayağı plan canlandı: Aşağıda robot-yuma, üstündə də qəşəng bir pizza-kofe yeri. Bunun tutmama şansı yoxdur, hələ üstəlik pulun bir hissəsini də hökumət (kredit və ya qrantla) verir.

Qaldı planlama yazmaq, yer tapmaq, bələdiyyədən sənəd almaq. Söhbətə girdim, peşman oldum. Deməli, Almaniyada şampunlu, qumlu, yağlı suyu kanalizasiyaya tökmək qəti qadağandır.

Avtoyuma tikmək üçün gərək azı 3 metr yer qazıb, altında bir böyük odam (hovuz) tikəsən.

Odamı elə bağlamalısan ki, üstündən tank keçsə də, çökməsin. Yuyulan maşından axan çirkli su ora yığılmalıdır. Qıraqda da çirkli suyu dartıb təmizləyib təzədən istifadəyə yararlı edən balaca bir "zavod" tikməlisən.

Pizza-kofe üçün beynimdə ayırdığım yerdə bir də böyük su çəni tikməliyəm. Sistemin məntiqi belədir: tutaq ki, 100 ton su alıram, həmin su ömür boyu o odamla çən arasında dövr edir.

Kənara bir damcı da çirkli su çıxa bilməz.

Almaniyada hara baxırsan çaydır, göldür, bataqlıqdır. 20-30 km yol gedirsən, 3-4 dənə enli çayın üstündən keçirsən. Su boldur, amma adamlar o şirin suyun hər damcısını qorumaq üçün bu qədər qanun kəşf ediblər.

İkincisi, şampunlu su kanalizasiyadan sızıb yeraltı sulara, oradan da çaylara qarışa bilər. Qırmızı xətdir, olmaz. Almanlar hesab edirlər ki, meşə, su, torpaq kimi təbii resursları necə qəbul ediblərsə, gələcək nəsilə eləcə təmiz və məhv etmədən ötürməlidirlər.

O üzdən bu qanun tək avtoyumalara deyil, bütün zavod və fabriklərə tətbiq edilir”, - o bildirib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

End of content

No more pages to load

RADİO