Almaniya Kanslerindən Danimarka və Qrenlandiyaya DƏSTƏK

Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın Kansleri Fridrix Merts X platformasındakı paylaşımında bildirib.

Gömrük rüsumları ilə bağlı hədələrin təhlükəli eskalasiyaya yol açmaq riski yaratdığını vurğulayan Kansler qeyd edib:

“NATO üzvü olaraq Arktika regionunda təhlükəsizliyin gücləndirilməsini ümumi transatlantik maraq kimi qiymətləndirir və bu istiqamətdə qəti öhdəlik daşıyırıq. Gömrük rüsumları ilə bağlı hədələr transatlantik münasibətləri sarsıdır və təhlükəli eskalasiyaya yol açmaq riski yaradır”.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropanın səkkiz ölkəsinə gömrük rüsumu tətbiq etməsinə sərt reaksiya verib. O, “Tagesschau” xəbər xidmətinə açıqlamasında ABŞ-ın bu addımına Avropa tərəfindən cavab verilməsinin vacibliyini qeyd edərək, mümkün əks-tədbirlərin Avropa İttifaqı çərçivəsində müzakirə olunacağını vurğulayıb. “Hesab edirik ki, müttəfiqlər arasında gömrük rüsumları yanlış yanaşmadır”, - deyə nazir bildirib. O, həmçinin Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin hələ Avropa Parlamentində ratifikasiya olunmadığını xatırladıb.
 

Xatırladaq ki, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, Norveç, İsveç və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı bəyanatına qarşı birgə açıqlama yayaraq sərt etiraz edib.


Bəyanatda Qrenlandiyada keçirilən birgə NATO missiyasının heç bir tərəf üçün təhlükə yaratmaığı, bu addımın regional təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa ölkələri Danimarka və Qrenlandiya ilə həmrəylik nümayiş etdirib və suverenliklərini qorumaqda qətiyyətli olduqlarını bəyan edib.

Qeyd edək ki, Bundesverin yanvarın 16-da Qrenlandiyaya göndərilən kəşfiyyat qrupu bu gün adanı tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

Səhhətində problemlər yaranmış Əsabəli Mustafayevin SON DURUMU

Səhhətində problemlər yaranmış Əsabəli Mustafayevin SON DURUMU

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Rusiyada təyyarə qəzası: Yanan hava gəmisindən sağ qurtuldular – FOTO/VİDEO

Rusiyada təyyarə qəzası: Yanan hava gəmisindən sağ qurtuldular – FOTO/VİDEO

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

DSMF-nin xərcləri 9,8 faiz ARTIB

DSMF-nin xərcləri 9,8 faiz ARTIB

Xalq artisti Santorinidən sonra bu şəhərdə dincəlir – FOTO

Xalq artisti Santorinidən sonra bu şəhərdə dincəlir – FOTO

Portuqaliyada niqab qadağan edildi

Portuqaliyada niqab qadağan edildi

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

End of content

No more pages to load

RADİO