İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Artıq ixtisas seçimi yekunlaşıb.

Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il seçim prosesində hansı fərqliliklər oldu? Abituriyentlər və valideynlər artıq proseslər haqqında tam məlumatlıdırlarmı, yoxsa yenə də mütəxəssislərin yönləndirməsinə ehtiyac duyurlar? Həmçinin, valideynlərin övladlarının seçiminə münasibəti necədir, onlarda hər hansı təzyiq hiss olunurmu?

Bizim.Media xəbər verir ki, “AzEdu.az”ın suallarını "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor Xəzri Muradov cavablandırıb. 

O, qeyd edib ki, bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır:

"Ötən illə müqayisədə ixtisas seçimi prosesində ən müsbət dəyişikliklərdən biri valideynlərin yanaşmasında özünü göstərir. Artıq təxminən 80 faiz valideyn övladının seçiminə əvvəlki kimi müdaxilə etmir, onun istəyinə və qərarına hörmətlə yanaşır. Bu, çox vacib dəyişiklikdir. Çünki ixtisas seçimi valideynin deyil, ilk növbədə həmin ixtisas üzrə illərlə oxuyacaq və gələcəkdə o peşəni icra edəcək gəncin seçimidir.

Əlbəttə, hər abituriyent öz seçimini özü edə bilər. Amma seçim zamanı mütəxəssisə müraciət etməyin də böyük üstünlüyü var. Burada əsas məsələ sadəcə ixtisasları sıralamaq deyil, abituriyentin topladığı bala uyğun düzgün interval qurmaq, riskləri nəzərə almaq və onun gələcək perspektivini düşünməkdir. Təəssüf ki, bəzi hallarda bu xidmətin qiymətləri həddindən artıq şişirdilir. Halbuki düzgün yanaşma və təcrübə olduqda ixtisas seçiminin mahiyyətində əlçatmaz bir çətinlik yoxdur.

Mən özüm də kodlaşdırma prosesində iştirak edən müəllim kimi düşünürəm ki, yaxşı mütəxəssis yalnız abituriyentin yerinə seçim edən insan deyil. Əsl mütəxəssis əvvəlcə şagirdin fikrini dinləməli, onun marağını anlamalı, daha sonra isə həmin seçimə peşəkar baxış gətirməlidir. Çünki abituriyentlərin bir qismi hələ də qərarlarını daha çox hissləri ilə verirlər.

Bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır. Amma diplom gələcəyin özü deyil".

Şagirdə izah etmək lazımdır ki, “bu ixtisası seçirəm” deməklə iş bitmir:
 

"Əsas sual bundan sonra başlayır: Bu ixtisasla hansı sahədə işləyəcəyəm? Əmək bazarında perspektivi necədir? Beş-on ildən sonra bu peşəyə ehtiyac olacaqmı? Özümü həmin sahədə görə bilirəmmi?


Məncə, belə məqamlarda abituriyentin əvəzinə düşünmək yox, onunla birlikdə düşünmək lazımdır. Çünki gələcəyi haqqında qərar verən gəncə hazır cavab verməkdənsə, düzgün suallar vermək daha faydalıdır. Necə deyərlər, “məsləhətli don gen olar”.

Bu il də əsas məqsədimiz abituriyentləri yalnız universitetə yerləşdirmək deyil, onları gələcəyi olan ixtisaslara yönəltmək olub. Bir çox seçimlərdə şəxsən müdaxilə edib şagirdlərlə söhbət apararaq daha perspektivli istiqamətləri izah etmişik. Çalışmışıq ki, onlar bu günün deyil, sabahın seçimini etsinlər. Çünki bizim üçün nəticə sadəcə “tələbə oldu” xəbəri deyil; əsas odur ki, illər sonra öz peşəsində uğurlu, savadlı və ölkəsinə fayda verən bir mütəxəssis olsun.

Əvvəlki illərlə müqayisədə qruplar üzrə ümumi mənzərədə ciddi dəyişiklik müşahidə olunmadı.
 

Yenə III qrupda ballar yüksək oldu. Bunun əsas səbəblərindən biri həmin qrupu seçən abituriyentlərin yüksək bal toplamaq potensialının daha çox olmasıdır. Digər qruplarda da nəticələr ümumilikdə ürəkaçan idi. Ən çox sevinənlər isə yenə II qrupun abituriyentləri oldu".


Valideynlərin universitet seçiminə münasibətində də maraqlı dəyişiklik var:

"Əvvəllər bir çox valideyn övladının özəl universitetdə oxumasına tərəddüdlə yanaşırdı. İndi isə bu düşüncə tədricən dəyişir. Valideynlər daha yaxşı anlayırlar ki, universitetin adı qədər, hətta bəzən ondan da vacib olan tələbənin öz potensialı, çalışqanlığı və özünü inkişaf etdirməsidir. Güclü tələbə harada oxumasından asılı olmayaraq özünə gələcək qura bilər.

Ümumilikdə, ixtisas seçimi prosesi normal və kifayət qədər aktiv keçdi. Əlbəttə, yenə tərəddüd edən, son anda fikrini dəyişən abituriyentlər oldu. Bu da təbiidir. 17-18 yaşında bir gəncdən həyatının ən mühüm qərarlarından birini tam dəqiqliklə verməsini gözləmək asan deyil. Elə buna görə də bu mərhələdə onların yanında olmaq, onları dinləmək və düzgün istiqamət göstərmək vacibdir.

Bizim məqsədimiz sadəcə şagirdləri universitetə göndərmək deyil. İstəyirik ki, onlar sabah peşəsini sevən, savadına güvənən, öz ayaqları üzərində dayanan və ən əsası, vətəninə, millətinə fayda verən insanlar olsunlar. Çünki nə qədər çox savadlı və düzgün istiqamətlənmiş gənc yetişdirsək, ölkəmizin gələcəyi də bir o qədər işıqlı olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

Səhhətində problemlər yaranmış Əsabəli Mustafayevin SON DURUMU

Səhhətində problemlər yaranmış Əsabəli Mustafayevin SON DURUMU

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Rusiyada təyyarə qəzası: Yanan hava gəmisindən sağ qurtuldular – FOTO/VİDEO

Rusiyada təyyarə qəzası: Yanan hava gəmisindən sağ qurtuldular – FOTO/VİDEO

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

DSMF-nin xərcləri 9,8 faiz ARTIB

DSMF-nin xərcləri 9,8 faiz ARTIB

Xalq artisti Santorinidən sonra bu şəhərdə dincəlir – FOTO

Xalq artisti Santorinidən sonra bu şəhərdə dincəlir – FOTO

Portuqaliyada niqab qadağan edildi

Portuqaliyada niqab qadağan edildi

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

End of content

No more pages to load

RADİO