Rumıniyada "SOCAR"ın 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada SOCAR brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

Bizim.Media xəbər verir ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olan "SOCAR Petroleum SA" bu ölkənin Salaj, Suceava və Satu-Mare regionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.

"SOCAR Petroleum SA"nın baş direktoru Ramin Əliyev bildirib ki, SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərək bu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir.

"2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il oldu. Biz Rumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDM açmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq. 2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var. Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha da gücləndirməkdir", - deyə baş direktor Ramin Əliyev bildirib.


Hər bir SOCAR brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi bu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Superdizel), həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar da nümayiş olunur.

Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda üç, Satu-Mare regionunda isə iki yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da SOCAR brendli 91 YDM-ə malikdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2024-cü ildə 3.6 milyard ley (təqribən 707 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 33% çoxdur. Hazırda şirkətin ölkə üzrə üç yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon ley (təqribən 78.4 milyon avro) həcmində investisiya yatırıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Bakıda Avropa çempionatı start götürdü - FOTO

Bakıda Avropa çempionatı start götürdü - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

End of content

No more pages to load

RADİO