Moskvanın cənubunda, Tacikistandan olan miqrantlar arasında kütləvi dava olub. Qanunu pozduğu iddia edilən 66 nəfər polis şöbələrinə gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
"Dünən gecə Vostryakovsk keçidində Tacikistan vətəndaşları tərəfindən travmatik silahdan istifadə etməklə kütləvi dava olub. Münaqişədə təxminən 15 nəfər iştirak edib. Münaqişədə iştirak etməkdə şübhəli bilinən 66 nəfər polisə gətirilib", - agentliyin həmsöhbəti bildirib.
Silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Bizim.Media