Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) tezliklə Birləşmiş Ərəb Əmirlikləri ərazisində yeni hərbi əməliyyata başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi gecə husilərin rəsmi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.
"Yaxın saatlarda Yəmən Silahlı Qüvvələrinin (Husilər) mühüm bəyanatı BƏƏ-nin dərinliklərində genişmiqyaslı hərbi əməliyyatın təfərrüatları ilə dərc olunacaq". “Ənsar Allah”ın sözçüsü digər təfərrüatları açıqlamayıb.
BƏƏ rəsmiləri üsyançıların bu bəyanatını hələ ki, şərh etməyiblər.
Eyni zamanda, BƏƏ Müdafiə Nazirliyi husi üsyançıları tərəfindən Yəmənin “Ənsar Allah” hərəkatından BƏƏ istiqamətində atılan ballistik raketin tutulduğunu və məhv edildiyini açıqlayıb.
"Hava hücumundan müdafiə sistemləri husi terror qruplaşmasının ölkəyə doğru atdığı ballistik raketi ələ keçirib və məhv edib. Hücum itkilərə səbəb olmayıb, çünki ballistik raketin qalıqları yaşayış məntəqələrindən kənara düşüb", - BƏƏ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bizim.Media