Tikintisi 20 ildir aparılırdı, bu gün açılır - Dünya liderləri də iştirak edəcək – FOTO

Tikintisi 20 ildən çox davam edən Böyük Misir Muzeyi (“Grand Egyptian Museum”) noyabrın 1-də qapılarını turistlərin üzünə açacaq.

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, Giza Muzeyi kimi də tanınan nəhəng muzey dünyada bir sivilizasiyaya həsr olunmuş ən böyük arxeoloji obyekt hesab olunur.
 

1 milyard dollara başa gəlmiş muzey Giza piramidalarından təxminən 1 km məsafədə yerləşir və 470 min kvadratmetr sahəni əhatə edir. Tikintisinə 2005-ci ildə başlanılmış Böyük Misir Muzeyinin bəzi otaqları 2024-cü ilin payızında test rejimində açılıb.


Muzeydə 50 mindən çox eksponat, o cümlədən II Ramzesin 3200 yaşlı, 83 ton ağırlığında olan heykəli və piramidaların tikintisində iştirak etdiyi deyilən Firon Xeopsun 4500 il tarixi olan qayığı nümayiş olunacaq.

Kompleksə 24 min m² daimi ekspozisiya sahəsi, uşaq muzeyi, konfrans zalları, təhsil müəssisələri, ticarət zonası və böyük konservasiya mərkəzi daxildir.

Bir çox artefaktlar buraya Qahirədəki Misir Muzeyindən köçürülüb.
 

Muzeyin təntənəli açılış mərasimi bir neçə dəfə, o cümlədən sonuncu dəfə İsrail-HƏMAS münaqişəsi səbəbindən təxirə salınıb. Açılış mərasimində dünya liderlərinin və Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin iştirak edəcəyi gözlənilir.


Açılışdan əvvəl muzeylə yeni keçidlə birləşdirilən Giza piramidaları ətrafında atəşfəşanlıq olacaq.

Kompleksin daha çox turist cəlb etmək üçün metro tikintisi və hava limanının açılmasını da əhatə edən genişmiqyaslı infrastruktur layihəsinin tərkib hissəsi olduğu bildirilir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 2024-cü ildə Misirə rekord sayda - 15,7 milyon nəfər turist səfər edib. Hökumət 2032-ci ilə qədər bu sayı iki dəfə artırmaq niyyətindədir. (qafqazinfo.az)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

İranda dollar rekord həddə yaxınlaşdı

İranda dollar rekord həddə yaxınlaşdı

Bir ay buludlara baxıb 8900 dollar qazandı – FOTO

Bir ay buludlara baxıb 8900 dollar qazandı – FOTO

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyədə helikopter qəzaya uğradı

Yohan Vadeful Ukraynada səfərdədir

Yohan Vadeful Ukraynada səfərdədir

SOCAR Özbəkistan bazarına daxil olur

SOCAR Özbəkistan bazarına daxil olur

Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Verdiyi sözü hər zaman tutan 3 BÜRC

Verdiyi sözü hər zaman tutan 3 BÜRC

İndiki uşaqlar fiziki cəhətdən niyə daha zəifdirlər? – ARAŞDIRMA

İndiki uşaqlar fiziki cəhətdən niyə daha zəifdirlər? – ARAŞDIRMA

Qara Ledilər kimlərdir? – İndi onların “sezonu”dur

Qara Ledilər kimlərdir? – İndi onların “sezonu”dur

Açarı götür, birbaşa köç – qonşu ölkədə mənzillər artıq bu üsulla satılır

Açarı götür, birbaşa köç – qonşu ölkədə mənzillər artıq bu üsulla satılır

Məhkəmə Tramp administrasiyasının miqrantlarla bağlı qərarını QANUNSUZ elan etdi

Məhkəmə Tramp administrasiyasının miqrantlarla bağlı qərarını QANUNSUZ elan etdi

Xərçəngin ən birinci əlaməti budur...

Xərçəngin ən birinci əlaməti budur...

Xalq artistinin keçirdiyi ağır qəzanın TƏFƏRRÜATI

Xalq artistinin keçirdiyi ağır qəzanın TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO