Almaniya Avropanın ən böyük leqal kannabis bazarına çevrildi
Almaniya bu narkotikin qismən leqallaşdırılmasından iki il sonra Avropanın ən böyük tənzimlənən kannabis bazarına çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" Federal Səhiyyə İnstitutunun məlumatlarına və tədqiqat nəticələrinə istinadən xəbər verir.
Olaf Şolts hökumətinin yetkinlik yaşına çatmış şəxslərə kannabis yetişdirməyə və saxlamağa icazə verdiyi, həmçinin reseptlə satışları genişləndirdiyi 2024-cü ildən bəri Almaniyaya leqal marixuana idxalı altı dəfə artıb. Hamburq Universitetinin məlumatına görə, 2025-ci ildə Almaniyada ümumi dəyəri 997 milyon dollar olan 200 tondan çox kannabis əlçatan olub.
Mühafizəkar siyasətçilər, o cümlədən hakim CDU (Xristian Demokrat İttifaqı) və CSU (Xristian Sosial İttifaqı) nümayəndələri qanunu tənqid edirlər. Bavariyanın daxili işlər naziri Aleksander Dobrindt bunu "bərbad qanun" adlandırıb. Ailə işləri üzrə nazir Karin Prin isə uşaqlar və yeniyetmələr üçün profilaktika tədbirlərinin gücləndirilməsini tələb edib.
Səhiyyə Nazirliyi artıq tibbi kannabisin rekreasiya (əyləncə) məqsədilə istifadəsini məhdudlaşdıran qanun layihəsini parlamentə təqdim edib. Sənədin müzakirəsi payıza planlaşdırılır.
Bizim.Media