ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarını Şərqi Avropa və NATO ölkələrinə yerləşdirmək planlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb.
"Bayden tezliklə ABŞ qoşunlarını Şərqi Avropa və NATO ölkələrinə yerləşdirəcəyini söylədi", - agentliyin açıqlamasında deyilir.
Kiyev və Qərb siyasətçiləri son aylar Rusiyanın Ukrayna ilə sərhəddə qoşun topladığını iddia edirlər. Kreml vurğulayır ki, silahlı qüvvələr öz əraziləri daxilində hərəkət edir:
“Bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir”.
Xarici İşlər Nazirliyi izah edib ki, “Rusiya təcavüzü” ilə bağlı bəyanatlar NATO-nun sərhədyanı rayonlarda kontingentlərinin yaradılması üçün bəhanə kimi istifadə olunur və bu cür ittihamlar həm gülünc, həm də təhlükəlidir.
Bizim.Media