Nazarbayev bu gün hakim “Nur Otan” partiyasının qurultayına qatılıb və Prezident Tokayevin partiyanın sədri seçilməsini tövsiyə edib. Beləliklə, Nazarbayevə yalnız konstitusiya şurasının üzvü rəsmi vəzifəsi qalıb.
Bizim.Media xəbər verir ki, bundan əvvəl o, Tokayevə Təhlükəsizlik Şurasının sədri və Qazaxıstan Xalqları Assambleyasının rəhbəri vəzifələrini də verib.
Nazarbayevin bu gün qurultayda iştirakı ötən ildən bəri ictimaiyyət qarşısında ilk çıxışıdır. Əvvəlki bəyanatı yanvar etirazları ilə bağlı yazılma video idi.
Həmin videonu təqdim edirik:
Bizim.Media