Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük qızı, deputat Dariqa Nazarbayeva hakim Nur Otan Partiyasının siyasi şurasını tərk edib.
Bizim.Media “Qazeta.ru”ya istinadla xəbər verir ki, Nazarbayevin qızının adı partiyanın siyasi şurasının üzvlərinin yenilənmiş siyahısında yer almayıb.
Həmçinin Qazaxıstanın keçmiş baş naziri Əsgər Mamin də partiyanın İdarə Heyətinin yeni siyahısına daxil edilməyib.
Xatırladaq ki, bu gün, yanvarın 28-də “Nur Otan” partiyasının növbəti qurultayı keçirilib və orada ölkənin hazırkı prezidenti Qasım-Jomart Tokayev yekdilliklə partiyanın sədri seçilib.
Bizim.Media