Rusiyada 10 şəhərdən Türkiyəyə peyvənd turlarının satışına başlanılıb.
Bizim.Media “Qazeta.ru”ya istinadə xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Buna səbəb isə, rusların "Pfizer" vaksini ilə peyvəndlənmək istəməsidir.
İstanbula birbaşa turlar Moskva, Sankt-Peterburq, Ufa, Samara, Yekaterinburq, Rostov-na-Donu, Kazan, Krasnodar, Mineralnıye Vodı və Nijni Novqorod şəhərlərindən mümkündür.
Turoperatorların nümayəndələri qeyd edirlər ki, Avropa ölkələrinə səfərin mümkünsüzlüyü fonunda İstanbula şəhər turları ən populyar paketlərdən birinə çevrilib.
Bizim.Media