“Əgər müharibə, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq, lakin Moskva onun təhlükəsizlik maraqlarının gözardı edilməsinə imkan verməyəcək”.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müharibə ehtimalından danışarkən deyib.
Belə ki, Lavrov Moskvanın təhlükəsizlik zəmanəti təklifləri və Qərbin onlara cavabı kontekstində müharibənin olub-olmayacağı sualına cavab verərkən sözügedən fikirləri səsləndirib.
"Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, o zaman müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara və onların diqqətdən kənarda qalmasına imkan verməyəcəyik“, - Lavrov qeyd edib.
Bizim.Media