Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə (“Metaverse”) daxil edib.
Bizim.Media xəbər verir ki, bundan sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş) görüb ona toxuna biləcəklər.
Həmçinin onlar ətraf mühitin qoxusunu da hiss edəcəklər.
Səudiyyə Ərəbistanın bu qərarı birmənalı qarşılanmayıb. Bəzi müsəlmanlar bunu dinə təhqir kimi dəyərləndiriblər.
Bizim.Media