Yanvarın 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri “Twitter” hesabından yazdığı statusta Ağ Ev rəhbəri ilə hansı məsələləri müzakirə etdiklərini qeyd edib.
Zelenskinin sözlərinə görə, tərəflər ABŞ-dan Ukraynaya dəstək üçün mümkün maliyyə tədbirlərini müzakirə ediblər.
“ABŞ prezidenti ilə uzun telefon danışığı olub. Tərəflər davam edən diplomatik gərginliyin azaldılması səylərini müzakirə edib və gələcək üçün birgə tədbirlər barədə razılığa gəliblər. Davamlı hərbi yardıma görə prezident Co Baydenə təşəkkür edilib. Ukraynaya maliyyə dəstəyi imkanları da danışıqlar zamanı müzakirə olunub”, - Zelenski yazıb.
Bizim.Media
