"Türk Hava Yolları" şirkətinin (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İ.Aycının yerinə İnvestisiya və Texnologiya üzrə baş direktor köməkçisi Ahmet Bolat gəlib.
İlker Aycı 2015-ci ildən THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri idi.
Bizim.Media