Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiya prezidenti Vladimir Putinlə rəqs etməyəcəyini deyib.
Bizim.Media Kurier nəşrinə istinadən xatırladır ki, onun sələfi, xarici işlər naziri vəzifəsində çalışan xanım Karin Knaysl bir vaxtlar Kremlin sahibi ilə rəqs edib.
“Mən kişi olduğum üçün Putinlə rəqs etməzdim” deyə o vurğulayıb.
Qeyd edək ki, 18 avqust 2018-ci ildə 53 yaşlı xarici işlər naziri Karin Knaysl 54 yaşlı iş adamı Volfqanq Meylinqerlə evlənib. Toy mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib və xanım nazirlə rəqs edib.
Bizim.Media