İstanbul hava limanında kəskin hava şəraitindən sonra vəziyyət stabilləşir, uçuşlar bərpa olunur.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı hava limanının mətbuat katibliyi yayıb.
Qeyd olunub ki, bu gün aeroport 681 reysi qəbul etməyə və yola salmağa hazırlaşır.
Mətbuat katibliyi hava limanına gəlmədən əvvəl sərnişinləri uçuşlarının statusunu yoxlamağa çağırıb.
Bizim.Media