Britaniyalı məşhur müğənni Elton Con (koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, E.Con bu barədə özünün "Instagram" səhifəsində yazıb.
"Mən koronavirusa yoluxmuşam və bu səbəbdən Dallasdakı çıxışlarımı başqa tarixlərə keçirməliyəm. Şounun təxirə salınması həmişə böyük məyusluqdur, narahatçılığa görə üzr istəyirəm, amma özümü və komandamı qorumaq istəyirəm", - deyə E.Con bildirib.
Qeyd edək ki, 74 yaşlı müöənnipeyvənd olunduğu üçün xəstəliyi yüngül formada keçirdiyini deyib.
Bizim.Media