Qərbi Afrika ölkəsi Burkina Fasoda hərbi çeviriliş baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, dövlət televiziyası ilə çıxış edən hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.
Hakimiyyətin hərbçilərdən ibarət “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyi açıqlanıb.
Təşkilata polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.
Qeyd edək ki, Burkina Faso Prezidenti Roş Mark Kabore hərbi qiyamdan sonra istefa verib.
Bizim.Media