Niderlandlı senator Tini Koks gələn il üçün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə qeyd edir ki, səsvermənin nəticələri qurumun mətbuat xidmətinin yayımladığı AŞPA-nın qış sessiyasının Strasburqda keçirilən ilk iclasında açıqlanıb.
Assambleyanın 164 deputatı niderlandlı senatorun lehinə səs verib. Bu seçkilərdə Koksun yeganə rəqibi – Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” prezident partiyasından Ali Radanın deputatı Mariya Mezentseva 80 səs toplayıb.
Bizim.Media