Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili qapalı iclasını çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı delo.ua nəşri prezidentin ofisinə istinadən yayıb.
İclasın məqsədi “ölkənin milli təhlükəsizliyinə və müdafiəsinə yeni təhdid və çağırışlara dövlətin təcili müvafiq reaksiyası üçün tədbirlərin müəyyən edilməsi”dir.
Məlumata görə, görüş bu gün baş tutacaq, nəticələr Bakı vaxtı ilə saat 19:30-dan sonra məlum olacaq.
Bizim.Media