“National İnterest”: ABŞ Azərbaycan-İran yaxınlaşmasından dərs çıxara bilərmi?

Tehranla razılaşmanın əldə olunmasına şübhə ilə yanaşan siyasi şərhçilər, bəlkə də Azərbaycan və İran arasında son dönəmlər əldə olunan razılaşmalara diqqət yetirməlidirlər.

Bizim.Media xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun müəllifi olduğu, dünyaca nüfuzlu “The National İnterest” jurnalında dərc olunan məqalədə öz əksini tapıb.

Belə ki, son dönəmlər aktual olan ABŞ-İran münasibətlərində razılaşmanın əldə edilməsinin mümkünlüyünü Azərbaycan-İran əməkdaşlığı təcrübəsindən izah edən müəllif ilk növbədə münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi


Fuad Çıraqov ötən il Azərbaycanla İran arasında məlum gərginliyi xatırladaraq, situasiyanın hansı həddə qədər inkişaf etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin dönəmdə savaş siqnalları verən, Azərbaycanın güclü qonşusu qarşısında geri addım atacağını düşünənlər ciddi şəkildə yanıldılar. Azərbaycan geri addım atmadı, nəticədə İran şirkətlərinə məxsus yük maşınlarının Qarabağa qeyri-qanuni keçidini qadağan etdi.

Müəllif, daha sonra Azərbaycan-İran münasibətlərində gərginliyin azalmasından sonra baş verən prosesləri sadalayıb.

1. Noyabrın 28-də Türkmənistan-İran-Azərbaycan xətti ilə qaz nəqli üçün razılaşma əldə olundu.

2. Dekabrın 7-də Astaraçay üzərində yeni körpünün inşası xəbəri açıqlandı.

3. Dekabrın 8-də Fars körfəzi-Qara dəniz marşrutu üzrə yük daşımaları razılaşdırıldı.

4. Dekabrın 11-də İran tərəfi qaz mübadiləsi həcminin gündəlik 900 milyon kubmetrə qədər artırılmasında maraqlı olduqlarını qeyd edib.

“Bu isə, ABŞ-da İrana qarşı nüvə danışıqlarında hökm sürən etinasızlıqla ziddiyyət təşkil edir. Azərbaycan və İran bərabər, nüanslı yanaşma sayəsində ədalətli danışıqlar apara bildilər”, - deyə müəllif bildirib.

Fuad Çıraqov ABŞ analitiklərinin Azərbaycanla bağlı təhlillər apararkən, yol verdiyi ciddi xətaları da diqqətə çatdırıb:

“Birincisi, Türkiyə və İsrailin Azərbaycana dəstəyi müstəqil dövlət aktyorlarının öz istəkləri əsasında birgə fəaliyyət göstərməsi deyil, daha çox “usta-kukla” münasibətləri kimi şərh olunur. Bir çox hallarda bu dövlətlərin Azərbaycana mənfi təsir göstərməsi üçün qəsdən bu anlayış davam etdirilir. İkincisi, Qərbdə bir çox ekspertlər Azərbaycanın xarici siyasətinin mahiyyətini və məntiqini başa düşə bilmirlər.

Bəzi keçmiş sovet ölkələrinin xarici siyasətini “qərbpərəst”, “rusiyapərəst” və ya “israilyönlü” və s. kimi bəsit kateqoriyalara ayırmaq və bununla da müstəqil, balanslı siyasət ehtimalını tamamilə inkar etmək kimi xoşagəlməz tendensiya da mövcuddur. Lakin nəzərə alınmır ki, regionda öz milli maraqlarını güdən, müəyyən vaxtlarda regional və qlobal güclərin maraqları və siyasətləri ilə uzlaşa və ya ayrıla bilən ölkələr də ola bilər”.

Gələcəyə doğru

Azərbaycan-İran münasibətləri tarixən unikal, çoxşaxəli və mürəkkəbdir. Təəssüf ki, İranla bağlı ənənəvi Qərb, liberal konsepsiyalardan hədsiz dərəcədə təsirlənən şərhçilər Hind-Avropa mədəni, dini və fəlsəfi kökləri nəzərə almadan, öz mülahizələrini izah edə bilmirlər.

Məhz bu yaxınlarda Həsən Ruhaninin prezidentliyi ilə bu mənfi tendensiyalar müsbət əməkdaşlıq gündəliyi ilə aşıldı. İndi isə Tehranda yeni hökumətilə Azərbaycan arasındakı münasibətlərin bu müsbət, lakin kövrək inkişafı zamanla özünü daha aydın formada büruzə verəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

End of content

No more pages to load

RADİO