Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin yanvarın əvvəlində Qazaxıstanda baş vermiş hadisələrdən dərs götürməli olduğunu bildirib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Lukaşenko həmin dərslərin nədən ibarət olduğunu da açıqlayıb.
“Qazaxıstana və çıxarılmalı olan dərslərə gəlincə, burada təfərrüata varmayacağam. Sadəcə bir şeyi demək istəyirəm: yeganə dərs soyğunçuluq və talanla bağlıdır. Allah eləməsin ki, bunlar bizim başımıza gəlsin. Bu hər kəs üçün yetərli dərsdir”, - deyə Belarus lideri qeyd edib.
Bizim.Media