Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 342 596 024 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
İndiyədək virusdan 5 574 351 nəfər həyatını itirib.
Yoluxma sayına görə ABŞ (69 308 600 nəfər), Hindistan (38 566 027) və Braziliya (23 595 178) ilk üçlüyü bölüşür.
Azərbaycanda koronavirusa yoluxan 629 352 nəfərin 8 564-ü ölüb, 610 605 xəstə sağalıb.
Bizim.Media