Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 176 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Ötən 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 412 min 031 nəfərin test edildiyi, 72 min 615 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 84 min 426 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilib.
Bizim.Media