"Pandemiyanın başa çatacağı gün hələ uzaqdadır və "Omicron” ştamının dünyada inanılmaz şəkildə yayılması ilə yeni ştamlar yarana bilər”.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.
O, koronavirusun yeni ştamları ilə bağlı vəziyyətin izlənilməsinin və qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.
Xatırladaq ki, "Omicron” ştamı ilk dəfə ötən ilin noyabrında Botsvana və CAR-da aşkar olunub. Əvvəllər koronavirusa yoluxan və peyvənd olunan şəxslər də bu ştama yoluxa bilər. "Omicron” "Delta” ştamından daha sürətlə yayılır.
Bizim.Media