İran prezidenti İbrahim Rəisi çərşənbə günü səhər saatlarında nümayəndə heyəti ilə birlikdə Tehrandan Moskvaya yola düşüb.
Bizim.Media fars mətbuatına istinadən görə, İran prezidenti İbrahim Rəisi bu gün, yanvarın 19-da Rusiyaya yola düşməzdən öncə Tehranın Mehrabad hava limanında açıqlama verib.
"Bölgədə İran-Rusiya qarşılıqlı fəaliyyəti şübhəsiz ki, təhlükəsizliyi təmin edəcək və təktərəfliliyin qarşısını alacaq", deyə o, qeyd edib.
Bu səfərin Putinin dəvəti ilə baş tutduğunu bildirən Rəisi bildirib:
“Səfər zamanı qonşuluq və bölgəsəl diplomatiyanın təşviqi üçün səylər göstəriləcək”.
“İki ölkə arasında indiyədək əməkdaşlıq nə rusları, nə də bizi qane edir” deyən İran prezidenti əlavə edib:
“Sözsüz ki, bu əməkdaşlıqları daha yüksək səviyyəyə qaldırmaq olar. Ümid edirik ki, bu səfər iki ölkənin bölgədə və dünyada ortaq maraqlarının təmin olunmasında səmərəli olacaq və təsirli addımlarla müşayiət olunacaq”.
Bizim.Media