Qazaxıstanda tətbiq edilən fövqəladə vəziyyət çərşənbə günü yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 22:00) başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hazırda bütün ölkədə konstitusiya quruluşu bərpa olunub.
Lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.
Qeyd edək ki, yanvarın 5-də respublika prezidenti Qasım-Jomart Tokayev artan iğtişaşlar fonunda Manqistau vilayətində və Almatıda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalamışdı.
Bizim.Media