Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizindəki yataqlardan qazın Avropaya ancaq Türkiyə ərazisi ilə nəql oluna biləcəyini deyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Albaniyadan qayıdarkən təyyarənin göyərtəsində olan türkiyəli jurnalistlərə “EastMed” qaz kəmərinin məqsədəuyğunluğu ətrafında müzakirələri şərh edərkən bildirib.
“Bu layihə həyata keçirilə bilməz. Biz bunu öyrəndik və gördük ki, orada müsbət məqamlar yoxdur. Belə bir iş (qazın regiondan Avropaya çatdırılması) Türkiyəsiz həyata keçirilə bilməz. Əgər qaz oradan Avropaya gedirsə, o zaman yalnız Türkiyə vasitəsilə”, - Ərdoğan bildirib.
Bizim.Media