Əfqanıstanın qərbində yerləşən Bədğis əyalətinin Qədis rayonunda güclü zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 5,3 bal olub.
Zəlzələnin episentri Herat şəhərindən təxminən 154 km şimal-şərqdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində 12 nəfər ölüb. Onlar dağılan evlərin altında qalıblar.
Bizim.Media