Çin əhalisinin sayı 1 milyard 412 milyona çatdı

Çində əhalinin sayı ötən il 480 min nəfər artaraq, 1 milyard 412 milyon nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb. Ötən il Çində 10,62 milyon körpə doğulub.

Qeyd edək ki, bir çox mütəxəssis Çinin əhalinin yaşlanması problem ilə üz-üzə qaldığını bildirir.

2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətini ləğv edib.
Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin “yaşlanması”nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.

Ötən ilin mayında Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə Kommunist Partiyası mərkəzi komitəsinin siyasi bürosunun iclasında ölkənin 14-cü beşillikdə (2021-2025-ci illər) əhalinin “yaşlanması”nın qarşısını almaq üçün əsas məsələlər müzakirə olunub.

Bu məsələlərə ailələrə 3-cü uşağı dünyaya gətirmək icazəsinin verilməsi də daxil idi. Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının ötən ilin yayında “Əhali və ailə planlanması haqqında” qanuna etdiyi düzəlişə əsasən, ailələrə 3-cü uşağı dünyaya gətirməyə icazə verilib.

Qanuna edilmiş düzəliş 3-cü uşağı dünyaya gətirmək istəyən ailələrin üzərinə düşən maliyyə yükünü azaltmaq üçün dəstək tədbirlərinin, o cümlədən, sığorta, təhsil, iş yeri, mənzil təminatı sahəsində güzəştlərin tətbiqinə imkan yaradacaq.

Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub.

Siyahıyaalınmanın nəticələri Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati əraziləri istisna olunmaqla) əhalinin sayının ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artdığını göstərsə də, bu rəqəm 1950-ci illərdən sonra ən aşağı göstərici olub.
Mütəxəssislər ÇXR-də yaxın illərdə doğum sayının daha da azalacağını, yaşlı insanların sayının isə çoxalacağını proqnozlaşdırırlar.

Belə ki, 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizini təşkil edir. Yaşlı insanların sayının artması öz növbəsində əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO